Nigar Mirzəzadə İslam Oyunlarında bürünc medal qazandı

Nigar Mirzəzadə İslam Oyunlarında bürünc medal qazandı

Azərbaycan komandası VI İslam Həmrəyli Oyunlarında daha bir medal qazanıb. 
 
Olimpnews.az xəbər verir ki, bu uğura qadın güləşçimiz Nigar Mirzəzadə nail olub.
 
68 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medala sahib çıxıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva final görüşünü oyunların keçirildiyi arenada izləyib.

Nigar Mirzəzadə İslam Oyunlarında bürünc medal qazandı