“Cim-bom” Londonda sensasiya edə biləcək?!

“Cim-bom” Londonda sensasiya edə biləcək?!

Bu həftə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq. 1/4 finalın son iştirakçıları iki gün ərzində müəyyənləşəcək. İlk görüşlərdən sonra bu həftə meydana çıxacaq 4 cütdən ikisinin taleyinin həll olunduğunu söyləmək olar. Digər iki 1/4 finalçı isə İngiltərədə müəyyənləşəcək.
Mərhələnin son iki oyun gününün hərəsində 1 qarşılaşmanın taleyi böyük ölçüdə həll olunub. Belə ki, səfər qələbəsi qazanan klublar artıq özlərini 1/4 finalda hiss edə bilərlər.

Bunu daha çox "Real”a şamil etmək olar. Madrid təmsilçisi üçün səfərdə 6:1 hesabı ilə məğlub etdiyi "Şalke” ilə ev oyunu formal xarakter daşıyır.
Əvəzində günün digər qarşılaşması böyük maraq kəsb edir. Azərbaycanda da kifayət qədər azarkeşi olan "Qalatasaray” səfərdə "Çelsi” klubunun qonağı olacaq. Öz meydanında heç-heçə ilə kifayətlənən istanbullular Londona sensasiya dalınca yollanıblar.
Almaniyada təşkil olunacaq qarşılaşma da müəyyən qədər formal xarakter daşıyır. Çünki öz meydanındakı məğlubiyyətdən sonra "Zenit” Almaniyada 3 qol vurmalıdır. Bu da inandırıcı görünmür.
"Olimpiakos”u da 1/4 finalın iştirakçısı hesab etmək olar. Düzdür, adlı-sanlı "Mançester Yunayted” üçün evdə 2 qol fərqini aradan qaldırmaq çətin görünməyə bilər. Lakin İngiltərə təmsilçisinin indiki durumunda yunanların üstünlüyü əldən verəcəyi şübhə doğurur.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
18 mart
23:45. "Çelsi” (İngiltərə) - "Qalatasaray” (Türkiyə)
İlk iyun - 1:1

23:45. "Real” (Madrid, İspaniya) - "Şalke” (Almaniya)
İlk iyun - 6:1

19 mart
23:45. "Borussiya” (Dortmund, Almaniya) - "Zenit” (Rusiya)
İlk iyun - 4:2

23:45. "Mançester Yunayted” (İngiltərə) - "Olimpiakos” (Yunanıstan)
İlk iyun - 0:2