
"Barselona” futbol klubunun hücumçusu Lionel Messi ilə klubun rəhbərliyi arasında müqavilə yeni maliyyə şərtləri ilə bağlı hələ də razılaşma əldə olunmayıb.
Argentina yığmasının futbolçusu Kataloniya klubundan illik 25 milyon avro həcmində məvacib istəyib. Messi və onun ətrafında olanlar "göy-qırmızıların” forvardı Neymarın ildə 18-20 milyon avro məvacib aldığını ehtimal edir. Klubda baş verən son hadisələr, yəni klubun eks-prezidenti Sandro-Roselyin vəzifədən uzaqlaşmağa təhrik olunması da bunu sübut edir. Messi bununla barışmaq istəmir və öz qərarında qəti olduğunu bildirib.