Azərbaycan və İtaliya milli komandalarının rəsmiləri bir araya gəliblər

Azərbaycan və İtaliya milli komandalarının rəsmiləri bir araya gəliblər


AFFA-nın baş katibi Elxan Məmmədov Romada İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abete ilə görüşüb.
Görüşdə Azərbaycan və İtaliya milli komandaları arasında Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək ev və səfər oyunlarının təşkilati məsələləri ətraflı müzakirə olunub.
Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsində İtaliya – Azərbaycan oyunu cari il oktyabrın 10-da, Azərbaycan – İtaliya qarşılaşması isə 2015-ci il oktyabrın 10-da keçiriləcək.