1992-ci
ildə İngiltərənin "Mançester Yunayted” Akademiyasının "ulduz məzunları” olan Devid Bekhem, Pol Skoulz, Rayan Giqqz, Nikki Batt və
Nevill qardaşları bu klubu almaq niyyətindədirlər.
Yayılan məlumatlara görə, "Mançester Yunayted” komandasının bir qrup keçmiş
oyunçusu bu komandanı 2005-ci ildən "qırmızı şeytanlar”a sahiblik edən
Qleyzerlər ailəsindən almaq imkanlarını hərtərəfli tədqiq edir. Xatırladaq ki, Rayan Giqqz və Hari
Nevill "Selford Siti” klubunu da almaq fikrindədirlər.