Futbolçu hakimi döydü

Futbolçu hakimi döydü


Azərbaycanın futbol üzrə Həvəskarlar Liqasının UGİM (Buzovna) – "Şəfəq” komandaları arasında oyun zamanı xoşagəlməz insident baş verib.
AFFA-nın saytına istinadən xəbər verir ki, 61-ci dəqiqədə "Şəfəq” komandasının oyunçuları Şəhriyar Yəhyayev, Musa Hüseynov, Emil Cəfərov hakimi təhqir edib, Elvin Məmmədov isə hətta hakimə fiziki təzyiq göstərib. Bundan sonra oyun dayandırılıb.
AFFA-nın İntizam Komitəsi insidentlə əlaqədar futbolçuları - Yəhyayev, Hüseynov və Cəfərovu 4 oyunluq, Məmmədovu isə 10 oyunluq diskvalifikasiya edib.
Qarşılaşma sona çatmadığından "Şəfəq” komandası 0:3 hesabı ilə texniki məğlubiyyətə uğrayıb.