Terim ailəsinin Tarabyadakı villada keçirəcəyi
ziyafətə 30-a yaxın qonaq dəvət olunacaq. Türkiyə futbol üzrə milli komandasının baş məşqçisi Fatih Terim dünyaya gələcək nəvəsi
üçün ziyafət təşkil edəcək.
Terim ailəsinin Tarabyadakı villada keçirəcəyi ziyafətə 30-a yaxın qonaq dəvət
olunacaq. "Black tie” (Qara qalstuk) tərzində keçiriləcək ziyafətə dəvət olunan
qonaqlar smokinq və xüsusi ziyafət geyimi geyinəcəklər.
Ziyafətdə həm də uşaq gözləyən Merve Terimin 30 yaşı qeyd olunacaq.
Ailənin kiçik qızı Buse Terimin isə bu ilin yayında toyu olacağı gözlənilir.