“Tottenhem” futbolçu satışından daha çox gəlir əldə edib

“Tottenhem” futbolçu satışından daha çox gəlir əldə edib


"Football Observatory” agentliyi Avropanın "böyük beşlik” ölkələri - İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatındakı klubların son 5 mövsümdəki transfer fəaliyyətini araşdırıb. Nəticədə "Tottenhem”in futbolçu satışından daha çox gəlir əldə etdiyi müəyyənləşib. Məsələn, London klubu Qaret Beyl və Luka Modriçin "Real”a, həmçinin Dimitar Berbatovun "mançester Yunayted”ə keçidindən sanballı gəlir əldə edib.
2008/09-2012/13 mövsümlərində transferlərdən ən çox gəlir əldə edən Avropanın 10 klubu
1. Tottenhem (İngiltərə) 322,1 milyon avro
2. Real (İspaniya) 303,7 milyon avro
3. Portu (Portuqaliya) 282,7 milyon avro
4. Liverpul (İngiltərə) 239,8 milyon avro
5. Milan (İtaliya) 229,5 milyon avro
6. İnter (İtaliya) 224,9 milyon avro
7. Udineze (İtaliya) 220 milyon avro
8. Arsenal (İngiltərə) 207,9 milyon avro
9. Roma (İtaliya) 203,4 milyon avro
10. Valensiya (İspaniya) 202,7 milyon avro