Elxan Məmmədov İtaliyada olub

Elxan Məmmədov İtaliyada olub

AFFA-nın baş katibi Elxan Məmmədov Roma şəhərində İtaliya Futbol Federasiyasının prezidenti Giancarlo Abete ilə görüşüb. Görüşdə Azərbaycan və İtaliya milli komandaları arasında EURO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək ev və səfər oyunlarının təşkilati məsələləri ətraflı müzakirə olunub.
Xatırladaq ki, EURO-2016-nın seçmə mərhələsində İtaliya - Azərbaycan oyunu bu il oktyabrın 10-da, Azərbaycan - İtaliya qarşılaşması isə 2015-ci il oktyabrın 10-da keçiriləcək.