"Football Observatory” agentliyi Avropanın "böyük beşlik” ölkələri - İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatındakı klubların son 5 mövsümdəki transfer fəaliyyətini araşdırıb. Nəticədə "Tottenhem”in futbolçu satışından daha çox gəlir əldə etdiyi müəyyənləşib. Məsələn, London klubu Qaret Beyl və Luka Modriçin "Real”a, həmçinin Dimitar Berbatovun "Mançester Yunayted”ə keçidindən sanballı gəlir əldə edib.
