AFFA etirazını bildirib

AFFA etirazını bildirib

Məlum olduğu kimi, işğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının (EFF) təşkilatçılığı ilə məşqçi kursu keçirilir. Bununla bağlı AFFA qarşı tərəfə etirazını bildirib və bu barədə UEFA-ya məlumat verib.
UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib. E.Məmmədov həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.
Xatırladaq ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.