Ronaldu Messinin rekordunu təkrarladı

Ronaldu Messinin rekordunu təkrarladı



Madridin "Real” komandasının hücumçusu Kriştian Ronaldu Çempionlar Liqasının bir oyununda effektiv oyun rekordunu təkrarladı.
K.Ronaldu "Borussiya” ilə qarşılaşmada vurduğu qollar siyahısına birini də əlavə etdi. İndi portuqaliyalı futbolçunun aktivində 14 qol qeydə alınıb. Bu isə 2011-2012-ci illərdə Leonel Messinin vurduğu qol sayına bərabərdir. Qarşıdakı oyun zamanı forvardın bu göstərici üzrə rekord nəticə əldə etmək imkanı olacaq.