Cənubi Amerika mətbuatının məlumatına görə, "Futbol kralı” Pele xoş olmayan hisslər yaşayıb. Belə ki, Braziliyada onun uşaq vaxtı yaşadığı ev yanıb. Əslində, naməlum adamlar əvvəlcə qonşuluqdakı evi yandırıblar, bundan sonra isə alov Pelenin keçmiş evinə də keçib. Hadisə yerinə gələn yanğın söndürənlər bunun bilərəkdən edildiyini bildiriblər. Qonşuluqdakı ev tamam dağılıb, amma evlərdə çoxdan heç kim yaşamadığından xəsarət alan olmayıb.Qeyd edək ki, Pele uşaq vaxtı San Paulu yaxınlığındakı Bauru şəhərində yaşayıb.