29 may - 1 iyun tarixlərində 15 yaşınadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq III Qəbələ kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub. Klubun rəsmi saytının yaydığı məlumata görə, "Fənərbaxça” (Türkiyə), "Lokomotiv” (Moskva, Rusiya), "Liverpul” (İngiltərə) və "Olimpik”in (Marsel, Fransa) ardından Belçikanın "Anderlext” klubu da turnirdə yer alacağını rəsmən təsdiqləyib. Bununla da III Qəbələ kubokunda mübarizə aparacaq 8 komandadan 6-nın adı dəqiqləşib.
Qeyd edək ki, artıq ənənəyə çevrilən turnirdə ildən-ilə komandaların sayı artır. Builki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdi.