Melvin Platye “Neftçi”dən getdi

Melvin Platye “Neftçi”dən getdi

"Neftçi”nin yayda heyətinə qatdığı Melvin Platye komandanı birdəfəlik tərk edib. Hollandiyanın NEK klubundan transfer olunan 25 yaşlı futbolçu burada olduğu müddətdə özünü doğrulda bilməyib.
İsveçin elita təmsilçisi, vaxtilə milli komandamızın hücumçusu Anatoli Ponomaryovun 2005-2006-cı illərdə çıxış etdiyi "Kalmar”dan gələn təklif "Neftçi” üçün göydəndüşmə olub. Belə ki, hollandiyalı hücumçunun müqaviləsi mövsümün sonuna kimi qaldığından, Platye Kalmar təmsilçisinə icarəyə verilib. Bu isə o deməkdir ki, Melvin bir daha "Neftçi”də forma geyinməyəcək. Yeri gəlmişkən, bu keçiddə hazırda FİFA meneceri kimi ölkəmizi təmsil edən Anatoli Ponomaryovun rolunun olması ehtimal edilir.
Qeyd edək ki, Melvin Platye "Neftçi”də 14 çempionat oyununa çıxıb və penaltidən 1 qol vurub. Onun yeni klubu isə ötən mövsümü IV pillədə başa vurub.