DÇ-2014-ün açılış oyununda aşağı ətrafları iflic olmuş bir uşağın xüsusi robot-kostyumda topa ilk zərbəni vuracağı bildirilir. Sözügedən geyim Münhenin Texniki universitetində Qordon Çenq tərəfindən hazırlanıb. İstifadəçinin düşüncəsi ilə hərəkət edən kostyum yüngül xəlitə və xüsusi mexanizmlərdən hazırlanıb. Batareya ilə işləyən bu geyimi fasiləsiz olaraq iki saat istifadə etmək mümkündür.Xatırladaq ki, mundialın iyunun 12-də keçiriləcək açılış oyununda Braziliya və Xorvatiya komandaları qarşılaşacaq.