Yığmamızın hücumçusu bu dəfə 7 dəqiqə oynadı

Yığmamızın hücumçusu bu dəfə 7 dəqiqə oynadı


Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern”in 23 yaşınadək komandası Almaniya Regionalliqasında XXVII turun oyununu keçirib. "Gənc iblislər” səfərdə "Baunatal”ın qonağı olublar.
300 tamaşaçının izlədiyi görüş 1:1 hesabı ilə başa çatıb. Ötən tur start heyətində meydana çıxıb, 77 dəqiqə oynayan Rüfət Dadaşov bu dəfə meydana son dəqiqələrdə daxil olub. Rəqib bərabərlik qolunu vurduqdan sonra baş məşqçi Rüfəti oyunun 83-cü dəqiqəsində yarımmüdafiəçi Kristian Lenşin yerinə meydana buraxıb. Bununla belə, futbolçumuz 7 dəqiqəlik çıxışı ərzində heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, Rüfət Dadaşovun komandası bu nəticədən sonra xalını 45-ə yüksəldib. "Kayzerslautern”in II komandası turnir cədvəlində yenə IV pillədədir.