Almaniyanın 2-ci Bundesliqasında XXIX turun oyunları təşkil olunub. Millimizin futbolçusu Tuğrul Eratın şərəfini qoruduğu "Fortuna” səfərdə "Paderborn 07”nin qonağı olub.
Görüşdə Düsseldorf təmsilçisi uzun müddətdən sonra 3 xal qazanıb. Belə ki, "Fortuna” 2:1 hesabı ilə rəqibindən üstün olub. Ötən tur "İnqolştadt 04”lə matçda zədələnən Eratın əvəzinə meydana avstriyalı Kristian Qartner çıxıb. Tuğrulun mövqeyində - yarımmüdafiənin sağında çıxış edən avstraliyalı Ben Halloran isə görüşdə ilk qolu vurub.
Qeyd edək ki, bu nəticədən sonra "Fortuna” xalını 37-yə çatdırıblar. Tuğrul Eratın komandası 2 pillə irəliləyərək XI pilləyə qalxıb.