Subaşiçin komandası səfərdə 1 xala sevindi

Subaşiçin komandası səfərdə 1 xala sevindi

Türkiyə çempionatının I liqasında XXXIV turun oyunları keçirilib. Turun ilk 2 günündə qonşu ölkədə çıxış edən Azərbaycan futbolçularının komandaları da meydana çıxıblar.
Branimir Subaşiçin şərəfini qoruduğu "Orduspor” səfərdə "Balıkəsirspor”la məhsuldar heç-heçə edib - 2:2. Millimizin keçmiş hücumçusu bu görüşün 56-cı dəqiqəsində meydana çıxıb. Bu heç-heçədən sonra hər iki komandanın 64 xalı var və onlar 2-3-cü yerlərdə qərarlaşıblar.
Ufuk Budak isə bu dəfə də "Qaziantep BB”nin oyununda iştirak etməyib. Müdafiəçi "Manisaspor”a ev məğlubiyyətini "18-lik”dən kənardan izləyib (0:1).