Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FIFPro) futbolçularla onların psixoloji və fiziki halı ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Səsvermədə hazırda karyerasını davam etdirən 180 peşəkar oyunçu iştirak edib ki, onlardan 11 faizi qapıçı, 33 faizi müdafiəçi, 33 faizi yarımmüdafiəçi, 23 faizi isə hücumçu olub. Rəyi soruşulanların 60 faizi öz ölkələrinin yüksək divizionunda çıxış edir.
Oyunçuların 26 faizi müəyyən psixoloji problemlərinin olduğunu açıqlayıb. O cümlədən rəyi soruşulanların dörddə biri depressiyanın əlamətləri və qidalanma ilə bağlı problemləri barədə məlumat veriblər.
Sorğuya qatılanların 5 faizində emosional süstlüyün əlamətləri qeydə alınıb və yalnız 3 faizi özü barədə yüksək fikirdə olmadığını bildirib.
məlum olub ki, oyunçuların 10 faizi müxtəlif növ nasazlıqdan əziyyət çəkir. Onların 20 faizinin spirtli içkilərə müəyyən bağlılığı var, 7 faizi isə siqaret çəkdiyini etiraf edib.