UEFA-nın İcraiyyə Komitəsi Avro-2016-nın final mərhələsinin iştirakçıları üçün mükafatların bölüşdürülməsi sxemini təsdiqləyib. Ümumilikdə 24 milli komanda 301 milyon avro alacaq. Hər komandaya 8 milyon məbləğində minimal bonus çatacaq. Avropa çempionu, final mərhələsinin hər oyununda qələbə qazanacağı təqdirdə, cəmi 27 milyon qazana bilər.