Braziliyanın "San Paulu” klubunun qapıçısı Rojerio Seni xüsusi mətbuat konfransında hazırkı mövsümün sonunda, yəni dekabrda peşəkar futbolçu karyerasını bitirəcəyini açıqlayıb. 41 yaşlı qolkiper 1992-ci ildən "San Paulu”nun qapısını qoruyur.
Seni futbol tarixində ən məhsuldar qapıçıdır: o, indiyədək 114 qol vurub. Adıçəkilən qapıçı 1997-2006-cı illərdə Braziliya milli komandasında 16 oyun keçirib, amma fərqlənə bilməyib.