“Barselona” formasında 500 oyun

“Barselona” formasında 500 oyun



Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Atletiko” ilə cavab qarşılaşması yarımmüdafiəçi Andres İnyesta üçün "Barselona”nın heyətində 500-cü oyun olub. 29 yaşlı ispaniyalı futbolçu bu rəqəmə 12 il ərzində çatıb. İnyesta bununla bağlı fikirlərini bildirib: "500-cü oyun mənim üçün ciddi nailiyyədir. Özümü xoşbəxt hiss edirəm. Bu, sübut edir ki, uzun illərdən bəri ciddi bir kluba xeyir vermək iqtidarındayam”.
Xatırladaq ki, İnyesta 2002/03-cü illər mövsümündən bəri "Barselona”nın əsas komandasında çıxış edir.
"Barselona”dan söz düşmüşkən, "Sport Mediaset”in məlumatına görə, 1998-2003-cü illərdə futbolçu kimi kataloniya klubunda çıxış etmiş Frank De Bur yayda bu komandaya baş məşqçi təyin oluna bilər.