Maridin "Real” klubunun baş məşqçisi Karlo Ançelotti ikinci dəfə evlənib. Xarici mətbuat xəbər verir ki, 55 yaşlı italiyalının bu dəfəki seçimi uzun müddətdir dostluq etdiyi Mariana Auqer olub. Toy mərasimi Kanadanın Vankuver şəhərində keçirilib. Ançelotti yaxın günlərdə İtaliyaya qayıdıb məzuniyyətinin qalan hissəsini orada keçirəcək.