Avropa - Cənubi Amerika: 10-cu final qarşılaşması

Avropa - Cənubi Amerika: 10-cu final qarşılaşması


Artıq dünya çempionatı sona yaxınlaşır. Dünya kuboku uğrunda mübarizədə finalçıların adları məlumdur. Bu titula ya Almaniya, ya da Argentina komandası yiyələnəcək. Statistikaya nəzər salsaq görərik ki, dünya çempionu adı uğrunda indiyə qədər finalda 3 dəfə eyni komandalar üzü-üzə gəliblər. Hazırki yubiley çempionatının finalçıları 1986-cı və 1990-cı ildə rəqib olublar. Heç vaxt eyni cütlük 3 finalda qarışlaşmayıb. Bununla da Braziliyadakı çempionatın finalı DÇ-nin tarixində ilk nəticə olacaq.
Xatırladaq ki, 19 final görüşündə Braziliya - İtaliya və Argentina - AFR cütlüklərinin hərəsi iki dəfə qarşılaşıblar. 15 qarşılaşmada fərqli cütlüklər yarışıblar. Budəfəki matç Avropa və Cənubi Amerika təmsilçilərinin üz-üzə gəldiyi 10-cu final kimi tarixə düşəcək.
Qeyd edək ki, 1986-cı və 1990-cı illərdəki finallar əfsanəvi Dieqo Maradonanın iştirakı ilə keçirilib. 28 il əvvəl onun komandası 3:2 hesablı çətin qələbə qazanmışdısa, 1990-cı ildə almaniyalılar matçın sonlarındakı mübahisəli penalti ilə qalib gəlmişdilər - 1:0.
Yeri gəlmişkən bildirək ki, 1938-ə qədər və 1994-dən Almaniya kimi çıxış edən yığma 1950-1990-cı illərdə iki komanda - AFR və ADR kimi yarışlara qatılıb.


Dünya çempionatlarının final matçları:
1930. Uruqvay - Argentina - 4:2
1934. İtaliya - Çexoslovakiya - 2:1, əlavə vaxtda
1938. İtaliya - Macarıstan - 4:2
1950. Uruqvay - Braziliya - 2:1
1954. AFR - Macarıstan - 3:2
1958. Braziliya - İsveç - 5:2
1962. Braziliya - Çexoslovakiya - 3:1
1966. İngiltərə - AFR - 4:2, əlavə vaxtda
1970. Braziliya - İtaliya - 4:1
1974. AFR - Hollandiya - 2:1
1978. Argentina - Hollandiya - 3:1, əlavə vaxtda
1982. İtaliya - AFR - 3:1
1986. Argentina - AFR - 3:2
1990. AFR - Argentina - 1:0
1994. Braziliya - İtaliya - 0:0, pen.3:2
1998. Fransa - Braziliya - 3:0
2002. Braziliya - Almaniya - 2:0
2006. İtaliya - Fransa - 1:1, pen.5:3
2010. İspaniya - Hollandiya - 1:0, əlavə vaxtda