Almaniya millisi dördüncü dəfə dünya çempionluğunu qazandı

Almaniya millisi dördüncü dəfə dünya çempionluğunu qazandı


İyulun 13-də Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatına yekun vurulub.
Final oyunundan əvvəl Rio-de-Janeyro şəhərindəki "Marakano” stadionunda turnirin təntənəli bağlanış mərasimi təşkil olunub. Mərasim sambo musiqisinin sədaları altında keçirilib və 400-ə yaxın insan rəqs e
dib.
Sonra mundialın rəsmi himni – "Dar um Jeiro”nu ABŞ gitaristi Karlos Santana, tanınmış hip-hopçu Jan Vayklef və braziliyalı müğənni Aleşandre Pirez ifa e
diblər. Sonda dünya şöhrətli kolumbiyalı müğənni Şakira "Dare” mahnısını oxuyub.
1950-ci ildə istifadəyə verilmiş və 74 min 738 azarkeş tutumuna malik stadionunda keçirilən oyunda Almaniya millisinin heyətində meydana Manuel Neuer, Benedikt Hoevedes, Mats Hummels, Sami Xedira, Bastian Şveinşteiger, Mesut Özil, Miroslav Kloze, Tomas Müller, Toni Kruz, Filipp Lam və Jerome Boatenq çıxıblar.
Argentina yığmasının ilk on birliyində isə Serxio Romero, Ezequel Qaray, Pablo Zabaleta, Lukas Biqlia, Enzo Perez, Qonzalo İquan, Leonel Messi, Xavier Maskerano, Martin Demiçelis, Markos Rojo və Ezequel Lavezzi yer alı
blar.
İtaliyalı baş hakim Nikola Rizzolinin idarə etdiyi oyunun əsas vaxtında hesab açılma
yıb. Qalib matça əlavə olunmuş 30 dəqiqədə müəyyənləşib. Görüşün 113-cü dəqiqəsində almaniyalı futbolçu Mario Götze hesabı açıb.
Beləliklə, rəqibini 1:0 hesabı ilə məğlub edən Almaniya millisi dünya çempionu olu
b. Bu, Almaniyanın dördüncü dünya çempionluğudur. Avropa təmsilçisi bundan əvvəl daha üç dəfə - 1954, 1974 və 1990-cı illərdə dünya çempionu olub. Argentina isə 1978 və 1986-cı illərdə mundialın qızıl medallarına sahib olmuşdur.
Dünya çempionatının bürünc medalını isə Hollandiya millisi qazanı
b.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirili
b. Turnirin ən yaxşı qapıçısı almaniyalı Manuel Neuer, ən yaxşı oyunçusu argentinalı Leonel Messi seçiliblər. Sonra görüşü idarə edən referilər - italiyalı baş hakim Nikola Rizzoli, onun həmyerliləri Renato Faverani, Andrea Stefani və ekvadorlu Karlos Vera mükafat alıblar. Sonda Braziliyanın prezidenti Dilma Ruseff və FİFA-nın prezidenti Jozef Blatter kuboku Almaniya millisinin kapitanı Filipp Lama təqdim ediblər.
Mundial möhtəşəm atəşfəşanlıqla yekunlaşı
b.
Bu oyunadək Almaniya və Argentina milliləri öz aralarında 20 dəfə görüşü
blər. Bu oyunlardan 9-da Argentina, 6-da Almaniya qalib gəlib. Daha 5 oyun bərabərliklə başa çatıb. Komandalar arasında görüşlərdən 6-sı dünya çempionatları çərçivəsində keçirilib. Argentina və Almaniya 2 dəfə dünya çempionatının finalında üz-üzə gəliblər. 1986-cı ildə keçirilən finalda Argentina komandası 3:2 hesabı ilə qələbə qazanıb. 1990-cı ildə Almaniya bu məğlubiyyətin əvəzini çıxıb. O zaman almaniyalı futbolçular 1:0 hesabı ilə qələbə qazanaraq dünya çempionu olmuşdular.
Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək.