64 oyun reytinqə ciddi təsir etdi

64 oyun reytinqə ciddi təsir etdi



Braziliyada keçirilən dünya çempionatından sonra milli komandaların FİFA reytinqi açıqlanajaq. Hesablamalar əsasında iyulun 17-də tərtib olunan siyahı indidən bəllidir.
Çempionatın 64 qarşılaşması reytinq siyahısında jiddi dəyişikliklərə səbəb olub.
Uzun müddət zirvədə qərarlaşan İspaniya millisinin "hegemonluğu” başa çatıb. Pireneylilər 6 pillə geriləyiblər. Braziliya və İtaliya yığmalarının 5, İngiltərə komandasının 10 pillə geriləməsi də qeyd olunmalıdır. Sonunju iki komanda "onluq”dan da kənar düşüb.
Əvəzində Almaniya yığması 1-ji yerə yüksəlib. Hollandiya millisi isə böyük sıçrayış edib. Argentina, Kolumbiya, Belçika və Fransa milliləri də ötən reytinqlə müqayisədə irəliləyiblər.

İlk "onluq”
1 (2). Almaniya 1761
2 (5). Argentina 1689
3 (15). Hollandiya 1525
4 (8). Kolumbiya 1492
5 (11). Belçika 1407
6 (7). Uruqvay 1330
7 (1). İspaniya 1229
8 (3). Braziliya 1220
9 (6). İsveçrə 1226
10 (17). Fransa 1202

Hesabat dövründə heç bir oyun keçirməyən Azərbayjan yığması da mövqeyi dəyişib. Ötən ay 83-jü yerdə qərarlaşan komandamız tarixində ən yaxşı nətijə olan həmin göstərijini də yaxşılaşdırıb.
Millimiz bu dəfə 10 pillə irəliləyib. 410 xalla 73-jü pillədə olan komandamız Makedoniya, Avstraliya, Kabo-Verde, Zambiya, Mərakeş, Belarus, Yamayka, Trinidad və Tobaqo, Haiti və Salvador kimi yığmaları geridə qoyub.
Yığmamız tarixinin ən yaxşı nətijə göstərən 4 komandadan biridir. Dünya çempionatında "tapıntılarından” olan Kosta-Rika komandası da 16-jı yerə qalxmaqla tarixində yeni səhifə açıb.

Millimiz və "qonşuları”
70 (70). İrlandiya 440
71 (67). Boliviya 429
72 (78). Bolqarıstan 425
73 (83). AZƏRBAYJAN 410
74 (80). Makedoniya 406
75 (39). Kabo-Verde 401
76 (62). Avstraliya 397

Millimizin EURO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən üçü - Bolqarıstan 6, Norveç 2, Xorvatiya 1 pillə irəliləyib, İtaliya və Malta yığmaları isə mövqelərini əldən veriblər.

EURO-2016-nın seçmə mərhələsindəki rəqiblərimiz
14 (9). İtaliya 1056
17 (18). Xorvatiya 955
53 (55). Norveç 520
72 (78). Bolqarıstan 425
73 (83). AZƏRBAYJAN 410
150 (132). Malta 146