Slovakiyanın Preşov şəhərində 16 yaşınadək eşitmə qüsurlu əlillər arasında beynəlxalq futzal turniri keçirilib.
Yarışda ölkəmizi təmsil edən yığma komandamız dördüncü yeri tutub.
Yarımfinalda Qazaxıstan komandasına 1:5 hesabı ilə məğlub olan yığmamız bürünc medallar uğrunda görüşdə də qalib gələ bilməyib. Nəticədə Slovakiya komandasına da məğlub olan (2:7) komandamız dördüncü yerlə kifayətlənib.