DÇ-2014-ün qalibləri vətənə qayıdarkən qəzaya uğrayıblar. Belə ki, Almaniya yığmasını gətirən təyyarə Otto Liliental adına "Berlin-Tegel” aeroportuna enib.
Qəhrəmanları qarşılamağa 10 minlərlə futbolsevər gəlib. Təqribən eyni sayda da fanat millinin üzvlərini "Branderburq darvazası”nın qarşısında gözləyirdi. Almaniya KİV-in məlumatına görə, yığma komanda həmin arxitektura abidəsinin qarşısından açıq avtobusla keçməli idi.
Ancaq fanatlar gözlənilən vaxtdan 2 saat artıq intizarda qalmalı olublar. Buna Rio-de-Janeyroda yük arabasının laynerə toxunması səbəb olub. Nəticədə təyyarənin gövdəsində cızıq əmələ gəlib. Mütəxəssislərin təyyarənin təhlükəsizliyi ilə bağlı rəyinin alınması üçün Almaniya yığmasının nümayəndə heyəti 2 saat gözləməli olub.
Qeyd edək ki, Almaniya Braziliyada keçirilən dünya çempinatında qızıl medala sahib olub. Bu, almanların DÇ tarixində 4-cü qızıl medalıdır.