Sevgilisi Maradonadan oğurluq etdi

Sevgilisi Maradonadan oğurluq etdi

Dubay polisi məşhur futbolçu Dieqo Maradonanın keçmiş sevgilisi Oliva Rosionun həbsi ilə bağlı order verib. Belə ki, 23 yaşlı model oğurluqda ittiham edilir.
Dubay polisinin əməkdaşı bildirib ki, İnterpolla əməkdaşlıqdan sonra modelin beynəlxalq axtarışa verilməsinə nail olacaqlar. Dieqo Maradona Dubayda yaşadıqları müddətdə Oliva Rosionun evdən bahalı əşyaları - üzəri brilyantlarla bəzədilən saatlar və zinət əşyalarını oğurladığını bəyan edib.
Əfsanəvi futbolçu modelin "Mançester Yunayted”in qapıçısı David de Hea ilə əlaqəsi barədə öyrəndikdən sonra sevgilisindən ayrılıb. Amma de Hea özü bu ittihamları rədd edir.