“Qırmızı şeytanlar” hər il 1,3 milyard qazanacaqlar

“Qırmızı şeytanlar” hər il 1,3 milyard qazanacaqlar

İngiltərənin "Mançester Yunayted” klubu Almaniyanın "Adidas” şirkəti ilə 1,3 milyard dollarlıq sponsorluq müqaviləsi imzalayıb. İdman malları istehsal edən "Adidas” 10 il ərzində hər il "Mançester Yunayted” klubuna 130 milyon dollar pul verəcək. Qeyd edək ki, klubun ABŞ-ın "Nike” şirkəti ilə olan 13 illik sponsorluq müqaviləsi gələn il başa çatır. Bu müqavilə "Nike” üçün sərfəli olmadığına görə şirkət müqaviləni uzatmayacağını bildirib.
Xatırladaq ki, "Adidas”ın "Real” (Madrid) və "Çelsi” klubları ilə də müqaviləsi var. Şirkət bu klublara hər il 50 milyon dollar ödəyir.