Məsud Özil qazandığı mükafatı uşaqlara verdi

Məsud Özil qazandığı mükafatı uşaqlara verdi

Futbol üzrə son dünya çempionu Almaniya millisinin türk əsilli oyunçusu Məsud Özil çempionatda aldığı 350 min dollar mükafatı fələstinli uşaqlara bağışlayıb.
Məsud Özil komandasının finala çıxmasına görə Almaniya Futbol Federasıyasından aldığı 237 min dollar mükafatı da Qəzzaya göndərib. Almaniyanın dünya çempionatının yarımfinalında Braziliyanı məğlub etməsinə görə qazandığı 118 min dollar mükafatı da fələstinli uşaqlara hədiyyə edəcəyini açıqlayan Özilin İsraili dəstəkləyən bir FIFA səlahiyyətli nümayəndəsinin əlini sıxmaqdan imtina etdiyi də bildirilir.
Qeyd edək ki, dünya çempionatında pley off-a vəsiqə qazanan Əlcəzair millisi və Portuqaliyanın ulduz oyunçusu Kriştiano Ronaldo da Fələstinə yardım ediblər.