Tanınmış kamerunlu futbolçunun atası qətlə yetirilib. "Franss Press”in məlumatına görə, bu il Braziliyada keçirilən dünya çempionatında bütün oyunlarda məğlub olan Kamerun millisinin ikinci kapitanı Nikolas Nkolounun atası qətlə yetirilib. Futbolçunun atası Akonqo Nkolounun cəsədi ölkənin cənubundakı Mfou qəsəbəsindəki evində aşkarlanıb. Onun yandırılaraq öldürüldüyü bildirilir.Bu arada Fransa mediası tanınmış futbolçunun atasının qətlinə oğlunun çıxış etdiyi futbol yığmasının Braziliyada uğursuz çıxışının səbəb olduğunu iddia edib.
Hadisənin hansı qruplaşma tərəfindən törədilməsi hələlik məlum deyil.