“Kral klubu” dünyanın ən bahalı komandası seçildi

“Kral klubu” dünyanın ən bahalı komandası seçildi

"Forbes” jurnalı dünyanın ən dəyərli 50 klubunun adını açıqlayıb.
Siyahıya Çempionlar Liqasının son qalibi Madridin "Real” klubu başçılıq edir. "Kral klubu”nun dəyəri ümumilikdə 3,44 milyard dollar olduğu bildirilib.

Siyahıda ikinci pillədə İspaniyanın digər nəhəng klubu "Barselona” qərarlaşıb. Kataloniya klubunun dəyəri isə 3,2 milyard dollardır.
İngiltərənin "Mançester Yunayted” klubu 2,81 milyard dollarlıq dəyəri ilə üçüncü pillədədir.
Tərtib olunan siyahının 4-cü pilləsində Amerika Beysbol Liqası komandalarından "Nyu-York Yankis” klubu yer alıb. "Yankis”in dəyəri 2,5 milyard dollar olduğu göstərilib.
"Forbes” jurnalının araşdırmasına "Dallas Cowboys” (2,3 milyard), "Bavariya” (1,85 milyard), "Nyu-York Kniks” (1,4 milyard) klubları iri büdcələri ilə yuxarı pillələrdə qərarlaşırlar.
İlk 50 klub arasında futbol komandalarından İngiltərənin "Arsenal”, "Çelsi”, "Mançester Siti” və İtaliyanın "Milan” komandaları da yer alıblar.