UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. Siyahıda Azərbaycanın 7 komandası da yer alıb.
Təmsilçilərimiz arasında ən yaxşı göstərici vaxtilə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış "Neftçi”yə məxsusdur. Paytaxt təmsilçisi 454 komanda arasında 187-ci sıradadır - 7,475 xal.
"Qarabağ” 6,975 xalla 197-ci, "İnter” isə 4,475 xalla 267-ci yerdədir. "Xəzər Lənkəran” 3,725 xalla 298-ci, "Bakı” 2,725 xalla 349-cu, "Qəbələ” və AZAL eyni xalla (2,225) xalla 382-cidir.
"Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi - Malta "Vallettas”ı 4,841 xalla 257-cidir. "İnter”in UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi İsveç "Elfsborq”u 9,965 xalla 141-ci pillədə qərarlaşıb. "Neftçi”nin bu turnirdəki rəqibi "Koper” (Sloveniya) isə 3,900 xalla 288-cidir.
Qeyd edək ki, Azərbaycan UEFA reytinqində hazırda 54 ölkə arasında 9,875 xalla 30-cu pillədə qərarlaşıb.