UEFA Avropada 2013/14 mövsümünün ən yaxşı futbolçusu adına 10 namizədin adını açıqlayıb. Lionel Messi ikinci dəfə Avropanın ən yaxşısı ola bilər. Frank Riberi və Andres İnyesta isə bu dəfə siyahıdan kənar qaliblər.
Avropanın ən yaxşı futbolçusu
adına namizədlər
Dieqo Kosta (İspaniya, "Atletiko”, "Çelsi”), Anxel di Maria (Argentina, "Real”), Xames Rodriges (Kolumbiya, "Monako”), Filip Lam (Almaniya, "Bavariya”), Lionel Messi (Argentina, "Barselona”), Tomas Müller (Almaniya, "Bavariya”), Neymar (Braziliya, "Barselona”), Aryen Robben (Hollandiya, "Bavariya”), Kriştianu Ronaldu (Portuqaliya, "Real”), Luis Suares (Uruqvay, "Liverpul”, "Barselona”)
Qeyd edək ki, avqustun 14-də mükafata layiq son üç namizədin adı açıqlanacaq. Onların hər üçü avqustun 28-də Çempionlar Liqasının qurup mərhələsinin püşkatmasında iştirak edəcək və qalib də orada elan ediləcək.