Türkiyənin "Qalatasaray” klubunun futbolçusu Felipe Melo Qəzza bölgəsində baş verənlərlə bağlı açıqlama verib. Braziliyalı futbolçu İsrailin həmin bölgədə azyaşlılara qarşı törətdiyi cinayətlərin əleyhinə olduğunu bildirib. Melo sosial şəbəkələrdə şəxsi hesabından Qəzzaya dəstək verdiyini söyləyib: "Qalatasaray” futbolçusu olaraq həmin mesajı yayımladım. Hər dəqiqə Qəzzadakı insanlar üçün dua edirəm. Çünki mənim də 4 uşağım var. Qəzzada haqsız yerə çox saylı körpə, qətlə yetirilir. Bu səbəbdən bizim dua etməyimiz vacibdir. Bu, hər kəsin insanlıq borcudur”.