Ulduz futbolçular gizli kameraya düşdülər

Ulduz futbolçular gizli kameraya düşdülər

Çempionatlarda fasilənin olması, futbolçulara bolluca yay istirahəti imkanı verib. İstirahət zamanı bir çox ulduzlar paparatsilərin gizli kameralarına tuş gəliblər. Son olaraq İspaniyanın ulduz oyunçuları Xavi, Torres və Febreqas sevgililəri ilə birlikdə istirahət edərkən gizli kameraya düşüblər. Onların görüntüləri internet vasitəsi ilə yayımlanıb.
Gizli kameralardan qaça bilməyənlərdən biri də, Almaniya yığmasının hücumçusu Mario Götzedir. Çempionatın final oyununda Argentina ilə qarşılaşan Almaniya millisi məhz Marionun vurduğu qol sayəsində çempion adını qazanıb. Bu qol "Bundestim”i 24 ildən sonra dünya çempionu edib. Gərgin oyunlardan sonra sevgilisi ilə istirahət edən 24 yaşlı Mario paparatsilərin kamerasından yayına bilməyib. Maneken sevgilisi Anna-Katrin Brommel ilə istirahatə çıxan futbolçunun görüntüləri də yayımlanıb.