“Yaramaz adam” ev işləri də görür

“Yaramaz adam” ev işləri də görür

Yaşıl meydanların "yaramaz adamı” Mario Balotelli, sən demə, ev işləri də görürmüş. Onun evdə gördüyü müxtəlif işlərin video-görüntüsü yayımlanıb. Videoda görünür ki, futbolçu köynəyini ütüləyə-ütüləyə İbrahimoviçin öz həyatı haqda yazdığı kitabı oxuyur.
Balotelli bu videonu "İnstagram” səhifəsində paylaşıb. O, videoya yazdığı şərhdə kitab oxumağın, həmçinin ev işlərini görməyin vacib olduğunu bildirib:
"Bilik gücdür, kitab oxumaq çox əladır. Bəziləri məni qaba, kobud, yaramaz adam kimi tanıyır. Yəqin, heç kim inanmaz ki, mən ev işlərini də görməyi bacarıram. Məncə, bu, hamı üçün vacibdir. Müəyyən işləri yerinə yetirərkən kitab oxumağa da fürsətim olur. Bütün futbolçu yoldaşlarıma tövsiyə edərdim ki, kitab oxumaqla biliklərini artırsınlar”.