Almanlar Dünya kubokunu zədələdilər

Almanlar Dünya kubokunu zədələdilər



Almaniya yığma komandasının futbolçuları dünya çempionatındakı qələbələrini qeyd edərkən turnirin baş mükafatı - Dünya kubokunu zədələyiblər. Bu barədə Almaniya Futbol İttifaqının prezidenti Volfranq Nirsbax danışıb. Onun dediyinə görə, mərasim zamanı Dünya kubokundan bir parça qopub. İndi Almaniya Futbol İttifaqı mütəxəssislərin köməyilə kuboku bərpa edəcək. Kubokun məhz hansı oyunçu tərəfindən zədələndiyi və hadisənin necə baş verdiyi açıqlanmır. "Biz ciddi və dərin araşdırma apardıq, lakin bu heç bir nəticə vermədi. Şübhəsiz ki, kubok hansısa futbolçunun əlindən düşdüyü üçün zədələnib. Lakin, dediyim kimi, heç kim bunu boynuna almadı. Mütəxəssislər kuboku tez bir zamanda bərpa edəcəklər”, - deyə Volfranq Nirsbax bildirib.