Futbol üzrə Bakı birinciliyi keçirilib

Futbol üzrə Bakı birinciliyi keçirilib

Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında futbol üzrə "Sevinc kuboku” adlı Bakı birinciliyi keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda paytaxtın 11 rayon komandasının tərkibində ümumilikdə, 220 yeniyetmə futbolçu iştirak edib.

Yarimfinala çıxan Xəzər və Nəsimi rayon komandaları arasında keçirilən oyunda (2002-2003-cü illər təvəllüdlülər arasında) Xəzər rayon komandası 4:0 hesabı ilə qalib olub. Yasamal və Qaradağ rayon komandaları arasında keçirilən oyunda isə 3:1 hesabı ilə Yasamal rayon komandası rəqibini məğlub edib. Final oyununa vəsiqə qazanan Xəzər və Yasamal rayon komandaları arasında keçirilən gərgin oyun 4:2 hesabı ilə Xəzər rayon komandasının xeyirinə başa çatıb. III-IV yerlər uğrunda mübarizə aparan Nəsimi və Qaradağ komandaları arasında keçirilən oyunda Qaradağ rayon komandası 0:3 hesabı ilə qalib gəlib. Beləliklə, "Xəzər” komandası I, "Yasamal” komandası II, "Qaradağ” komandası III yerə layiq görülüb.
Yarimfinala çıxan Binəqədi və Qaradağ rayon komandaları arasında keçirilən oyunda (2000-2001-ci illər təvəllüdlülər arasında) Qaradağ rayon komandası 0:2 hesabı ilə qalib adına yiyələlib. Nərimanov və Xəzər rayon komandaları arasında keçirilən oyunda Nərimanov rayon komandası 4:0 hesabı ilə qalib gəlib. Final oyununa vəsiqə qazanan Nərimanov və Qaradağ rayon komandaları arasında keçirilən oyunda Nərimanov rayon komandası 3:2 hesabı ilə irəli çıxmağı bacarıb. III-IV yerlər uğrunda mübarizə aparan Xəzər və Binəqədi komandaları arasında Xəzər rayon komandası 4 :1 hesabı ilə qalib gəlib. Beləliklə, yarışda "Nərimanov” komandası I, "Qaradağ” komandası II, "Xəzər” komandası III yerə layiq görülüb.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Sevinc” Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təltif edilmişdir.