Gürcüstanın Batumi şəhərində veteranlar arasında mini futbol üzrə Gennadi Menabdenin xatirəsinə həsr olunmuş Beynəlxalq turnirdə Astara rayonunun veteranlardan ibarət yığma komandası uğurla çıxış edib. Dörd gün davam edən beynəlxalq turnirdə Gürcüstandan 4, Türkiyə və Azərbaycanın hər birindən 1 kollektiv qələbə uğrunda mübarizə aparıb. Turnirdə Azərbaycanı Astara rayonunun veteranlardan ibarət yığma komandası təmsil edib. Fəxri bədən tərbiyəsi və idman işçisi Afaq Əkbərovun rəhbərlik etdiyi komanda turnirdə ikinci yeri tutaraq vətənə gümüş medalla qayıdıb.