“Qarabağ” “Zalsburq”la avqustun 6-da görüşəcək

“Qarabağ” “Zalsburq”la avqustun 6-da görüşəcək

Futbol üzrə Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zalsburq” (Avstriya) – "Qarabağ” (Ağdam) matçını idarə edəcək hakimlər bəlli olub.
Komandamızın avqustun 6-da "Red Bull Arena”da keçiriləcək görüşünü şotlandiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Robert Madden olacaq. Ona həmyerliləri Qraham Çambers, Alastair Mazer və Brian Kolvin kömək edəcəklər.
Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə "Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb.