Keylor Navas Madrid “Real”ında

Keylor Navas Madrid “Real”ında


İspaniyanın "Real” (Madrid) klubu heyətini daha bir futbolçu ilə gücləndirib. "Kral klubu” dünya çempionatında gözəl oyunu ilə fərqlənən "Levante” komandasının və Kosta-Rika millisinin qapıçısı Keylor Navası transfer edib.
Madridlilər 27 yaşlı qapıçı ilə altı illik müqavilə imzalayıblar. Kosta-rikalı qapıçı tibbi müayinədən keçdikdən sonra avqustun 5-də "Santyaqo Bernabeu” stadionunda "Real” (Madrid) azarkeşlərinə və mətbuata rəsmi təqdim olunacaq.
Futbolçu indiyədək Kosta-Rikanın "Deportivo Saprissa”, İspaniyanın "Albacete” və "Levante” komandalarında çıxış edib.
Məlumat üçün qeyd edək ki, bu transfer Madrid "Real”ı üçün 10 milyon avroya başa gəlib.
Xatırladaq ki, "Kral klubu” buna qədər almaniyalı Toni Kroosu və kolumbiyalı Xames Rodriqesi transfer edib.