“Dünya çempionatını boykot edin”

“Dünya çempionatını boykot edin”

Futbol üzrə Hollandiya millisinin keçmiş baş məşqçisi Con vant Sxip 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyə çağırıb.
Rusiya KİV- lərinə istinadən yayılan məlumatına görə, o, "twitter” səhifəsində yazıb: "Hollandiya Futbol Federasiyasına, Hollandiya hökumətinə və FİFA-ya müraciət edərək, futbol üzrə Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyə çağırıram”.
Keçmiş baş məşqçi buna səbəb kimi Amsterdam - Kuala-Lumpur reysi ilə uçan təyyarənin qəzaya uğramasını göstərilib.
Xatırladaq ki, qəza nəticəsində ölən 298 sərnişinin 183-ü Hollandiya vətəndaşıdır.
Con vant Sxip hazırda Avstraliyanın "Melburn Siti” komandasının məşqçisidir.