Baş nazir futbolçunu hərbi xidmətdən xilas etdi

Baş nazir futbolçunu hərbi xidmətdən xilas etdi

Misirin baş naziri İbrahim Maxlyab "Çelsi”nin futbolçusu Məhəmməd Salahı orduda xidmətdən azad edib. Salehin adının orduya çağırılacaq şəxslər siyahısına salınması iki gün öncə məlum olub.
Qeyd edək ki, bir müddət öncə Salah qiyabi oxuduğu institutdan xaric edilib. Buna onun məşğələlərə getməməsi səbəb olub. İnstitutdan çıxarılan futbolçunun adı dərhal Misir ordusunun çağırışçıları siyahısına salınıb.
Amma baş nazirin işə qarışması hər şeyi dəyişib. Maxlyab müdafiə naziri ilə milli komandanın baş məşqçisi Şavki Qəribin danışıqlarına qarışaraq, prosesi 22 yaşlı futbolçunun xeyrinə həll edib. Baş nazir tərəflərə qeyri-standart vəziyyəti həll etdiklərinə və problemi aradan qaldırdıqlarına görə təşəkkür edib. İndi Salah Mourinyonun komandası ilə bir yerdə Avstriyada təlim-məşq prosesinə hazırlaşa bilər.