Qitə futbol qurumu UEFA təmsilçimiz "Neftçi”nin UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi "Çixura”nı cəzalandırıb. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Mənbədə qeyd olunur ki, UEFA "Bursaspor” la avroliqa matçında baş verən hadisələrə görə "Çixura”nı 15 min avro məbləğində cərimələyib. Buna səbəb kimi də Tiflisdə keçirilən qarşılaşmada gürcüstanlı azarkeşlərin meydana yad əşyalar atması və oyun zamanı pankartlar açaraq, siyasi şüarlar səsləndirməsi olub.
Buna görə də, "Çixura” tərəfi "Neftçi” matçında da bu tipli hadisələrin yaşanmaması üçün əlavə tədbirlər görəcək və rəqib azarkeşləri üçün xüsusi sektor ayıracaq. UEFA bunu Gürcüstan klubunun qarşısına tələb kimi qoyub.