Azərbaycan 30-cu pillədən uzaqlaşdı

Azərbaycan 30-cu pillədən uzaqlaşdı

UEFA-nın əmsallar cədvəli açıqlanıb. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda dəyişikliklər olub.
Bu dəyişikliklər Azərbaycanın da mövqeyinə təsir edib. "Qarabağ” Avstriyanın "Zalsburq” klubu ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub. Ağdam təmsilçisinin reytinq üçün xal qazanmaması nəticəsində Azərbaycanın son 5 mövsümə əsasən toplanan əmsalı dəyişməz qalıb - 10,750.
Bu da ölkəmizin Slovakiyadan geri qalması ilə nəticələnib. Son matçlaradək də indiki kimi 31-ci olan Azərbaycan eyni xala malik olduğu slovakiyalılardan yalnız əlavə göstəricilərdə geri qalırdı. Lakin "Qarabağ”ın məğlubiyyəti ölkəmizi Slovakiya və Macarıstandan 0,125 xal uzaqlaşdırıb.
Qeyd edək ki, ölkəmizin bu mövsüm əldə etdiyi 1,875 xalın böyük hissəsini "Qarabağ”la "İnter” qazanıb. Onlar hərəyə 0,750 xal əldə ediblər. "Neftçi” isə onların qazandığının yarısını əldə edib.