Maradona jurnalisti əzişdirib

Məşhur futbolçu Dieqo Maradona jurnalisti döyüb.
Argentinanın futbol ulduzu Maradonanın yenə də media nümayəndələrilə münaqişəsi yaranıb. Hadisə avtomobil magistralında qeydə alınıb. Belə ki, Maradona oğlu ilə teatra yollanan zaman jurnalistlər onun qarşısını kəsərək müsahibə almaq istəyiblər. Nəticədə Maradona jurnalistlərin qəfil "hücumuna" dözməyərək onlardan birinə sillə vurub.
Qeyd edək ki, Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub.