“Şəfa” stadionunun adı dəyişdirildi

“Şəfa” stadionunun adı dəyişdirildi


Azərbaycanda daha bir futbol stadionunun adı dəyişdirilib. Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti "Şəfa” stadionunun bundan sonra "İnter Arena” adını daşıyacağını açıqlayıb.
Bu addım klub rəhbərliyinin qərarı ilə atılıb. Stadionun arenaya sahib olan klubun adını daşıması daha məqsədəuyğun sayılıb. Bu səbəbdən artıq 2014/15-ci illər mövsümündən arena yeni adı ilə tanınacaq.
Bununla bağlı klub rəhbərliyi AFFA və PFL-i məlumatlandırıb. Beləliklə də, 2001-ci ildə inşa olunan və 13 il "Şəfa” adını daşıyan stadion rəsmən "İnter Arena” olub.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu da yeni mövsümdə başqa adla təqdim olunur. Bu idman qurğusu artıq "Kapital Bank Arena” adlanır.